Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:54

Milli Məclis etiraz müraciəti qəbul edib


Martın 5-də Azərbaycan Milli Məclisində (MM) ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin erməni soyqırımı iddiaları ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz müraciəti qəbul olunub.

Sənədi MM-ə məsələ ilə bağlı yaradılan İşçi Qrupun sədri, parlamentin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov təqdim edib.

Müraciətdə ABŞ Konqresinin komitəsində belə bir qərarın qəbul olunmasının ədalətsiz olduğu vurğulanıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı diqqətə çatdırılıb və soyqırımı iddialarını araşdırmağın tarixin işi olduğu qeyd edilib.
XS
SM
MD
LG