Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

Prokuror «GEN» MMC-nin rəhbərinə 15 il cəza istədi


Martın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC-nin cinayət işi üzrə məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Eynulla Vəliyev sədrlik edir. Bugünkü prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı məhkəmədən «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevə 15, Nəbi Məmmədov, Həbib Ağayev, Asif Ələmov, Əliyar Abbasovun hər birinə 12, Kamran Əhmədov və Ramil Əliyevin hər birinə 10 il, İlkin Səfərov və Mehparə Cəfərzadəyə isə 9 il müddətinə azadlıqdan məhrum etmə cəza istəyib.

Sonra məhkəmə iclası vəkillərin çıxışları ilə davam edb. Vəkillər məhkəmədən təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş ediblər.

Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu külli miqdarda ziyan vurmaqla mütəşəkkil dələduzluqda təqsirləndirilirlər. İttihama görə, onlar ev tikmək adı ilə 300-dən artıq vətəndaşın milyonlarla pulunu mənimsəyiblər.
XS
SM
MD
LG