Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:07

Yeni seçilən Ombudsman Eynulla Fətullayevlə görüşəcək


Ombudsman Elmira Süleymanova həbsdə olan jurnalist Eynulla Fətullayevlə yenidən görüşəcəyini deyir. Bildirir ki, buna səbəb son günlər həbsxanada olan jurnalistlə bağlı yayılan məlumatlardır.

«İki-üç gündür həəacan təbili çalınırsa bizim nümayəndələr də gedəcək, mən də gedəcəyəm. Onunla bir neçə gün əvvəl görüşəndə mənə bu barədə bir şey deməyib».

Eynulla Fətullayev ötən ilin dekabrında üzərindən narkotik maddənin tapılmasıyla bağlı martın 1-də yaydığı apelyasiya müraciətində iddia edir ki, onu Elmar Hüseynovun qatillərinin izinə düşdüyünə görə tutublar: O, həm də həbsxanada həyatına təhlükə olduğunu bildirib.

Eynulla Fətullayev «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru idi. Ona 2007-ci ildə üst-üstə 8,5 il iş veriblər.

Keçən il dekabrın 29-da Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətə baxılma ərəfəsində jurnalistin cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində üzərindən narkotik vasitə tapıldığı açıqlanıb və ona narkotik saxlama ittihamı ilə növbəti cinayət işi açılıb.
XS
SM
MD
LG