Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:24
«Mən ciddi bir komissar və professional olduğumdan Azərbaycandakı görüşlərdən təəssüratımın hamısını bu mətbuat konfransında açıqlamayacağam. Beş gündür ki, ölkədə səfərdəyəm, amma mənə bir müddət də lazımdır ki, əldə etdiyim məlumatları analiz edim».

Bunu Bakıda səfərdə olan Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq martın 5-də səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Hammarberq Naxçıvanın Bənənyar kəndinə səfəri zamanı keçirdiyi görüşlər barədə şərh verməkdən imtina edib. AzadlıqRadiosunun «Bəzi Bənənyar sakinləri deyirlər ki, siz onlarla yox, ancaq rəsmilərlə görüşmüsünüz, bu belədirmi» sualına cavabında Hammerberq «mən rəsmilərlə görüşməkdən daha çox iş görmüşəm», deyib və bu haqda daha sonra detallı danışa biləcəyini deyib.

Hammarberq Azərbaycana səfəri zamanı üç istiqamət üzrə müzakirələr apardığını deyib. Bunlar, ölkədə söz azadlığı, məhkəmələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı olub.

Söz azadlığının vəziyyəti ilə bağlı Hammarberq deyib: «Azərbaycanda jurnalistlər barəsində xuliqanlıq ittihamı ilə açılan cinayət işlərinin adi bir iş olduğuna inanmıram. Tədbirlər görülməlidir ki, jurnalistlərə yazdıqlarına görə xuliqanlıq və digər maddələrlə iş qaldırılmasın. Azərbaycanda bəzi jurnalistlər var ki, onları məsələn, restoranda fiziki zorakılıq törətməkdə ittiham edib azadlıqdan məhrum ediblər. Bu məsələlərə görə narahatam. Bir tövsiyə şəklində bildirmək istəyirəm ki, diqqətlə araşdırıb öyrənmək lazımdır - onların xuliqanlıqda ittiham olunması davam etdirilməlidir, ya yox».

Azərbaycanda bir jurnalist – Qənimət Zahid və iki bloqqer - Emin Milli və Adnan Hacızadə xuliqanlıq ittihamı ilə həbsdədirlər.

Hammarberq deyir ki, xuliqanlıqda ittiham olunan jurnalistlərin və terrorla hədələmədə ittiham olunub həbs olunmuş jurnalist Eynulla Fətullayevin məhkəmə işini diqqətdə saxlayacaq.

O qeyd edib ki, həbsxanada Eynulla Fətullayev və Qənimət Zahidə, həmçinin bloqqerlər Emin Milli və Adnan Hacızadəyə baş çəkib.

Hammerberq Azərbaycan rəsmiləri ilə görüşlərində bu şəxslərin azad edilməsi məsələsini qaldırdığını təsdiq edib. «Bu barədə nazirlərlə danışdım. Onlar cavab verdilər ki, bu işlər üzrə istintaq, məhkəmə prosesləri gedir və onlar bu prosedura müdaxilə edə bilməzlər», deyə Hammerberq bildirib.

Hammerberq həmçinin qanunvericiliyə şəxsin icazəsi olmadan foto və videoçəkilişinin aparılmasını qadağan edən düzəlişlərlə bağlı narahatlığını bildirib: «Mən narahatam ki, bu maddələrdən jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə olunacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG