Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:42

Nazirliyin Səhər TV ilə bağlı müraciətləri nəticəsiz qalıb


«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İranın Səhər televiziyası ilə bağlı beynəlxalq telekommunikasiya təşkilatlarına dəfələrlə müraciət etsə də, müsbət nəticə olmayıb».

Bunu martın 5-də Bakıda teleradio yayımının tənzimlənməsinə həsr olunmuş beynəlxalq tədbirdə jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirinin baş məsləhətçisi Qulam Abdullayev deyib.

Onun sözlərinə görə, bu təşkilatın hər hansı bir təsiredici funksiyası yoxdur:

«Biz ancaq öz texniki vasitələrimizdən istifadə etməklə yayım qarşısını ala bilərik. Ancaq televiziya yayımları elədir ki, ona dəmir sərhəd çəkmək olmaz. Sərhəddən müəyyən qədər keçə bilər. Bu isə iki ölkə arasında razılaşmalardan asılı olur. Adətən 10-15 kilometr yayımı qəbul edirlər. Amma hər bir ölkə daxilində bu tənzimlənməlidir».

Qulam Abdullayev deyir ki, xarici ölkələrin Azərbaycan ərazisinə qanunsuz yayımlanmasıyla bağlı ən ciddi problem cənub bölgəsindədir. Onun sözlərinə görə, bəzən İran televiziyalarının yayımı Bakının Ələt qəsəbəsinə qədər gəlib çatır.

Nazirlik rəsmisi deyir ki, ölkədə rəqəmsal yayıma keçiləndən sonra problem aradan qaldırılacaq.

Azərbaycanda 2004-cu ildən rəqəmsal yayım tətbiq olunur. Nazirlik rəsmisinin dediyinə görə, hazırda rəqəmsal yayım ölkənin 30 faizini ərazisini əhatə edir və 2013 ildə Azərbaycan tam rəqəmsal yayım sisteminə keçəcək.
XS
SM
MD
LG