Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:26
Türk köşə yazarları Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin qərarı barədə

Cengiz Çandar («Radikal»)

ABŞ-da hər il bu vaxtlarda siyasi gündəliyə daxil olan «soyqırımı qanun layihəsi» ilə bağlı Türkiyənin Vaşinqtonda güvəndiyi dağlar - son 15 ildə yəhudi lobbisi olmuşdu. Başqa sözlə, desək, İsrail lobbisi. Bu ehtiyac türk xarici siyasətini başqa bir ipotekanın altına çəkirdi. İsraillə həmişə yaxşi münasibət saxlamaq və bu münasibətləri Türkiyənin Orta Şərq siyasətinin ana gövdəsi etmək məcburiyyəti.

SİLAH LOBBİSİNDƏN KÖMƏK UMA BİLƏRİK

«One minute»li Davosdan bəri bu ipotek öz-özündən ortadan qalxan kimi, mart-aprel aylarında Amerikadakı erməni lobbisinə «qaz gələn yerdən toyuq əsirgənməz» hesabı ilə ən təsirli şəkildə müqavimət göstərən lobbi də mövqe dəyişdirdi.

Silah lobbisi bizim tərəfimizdədir. İsrail lobbisi keçmişdəki kimi arxamızda olmasa da, silah lobbisindən kömək uma bilərik. Yəni, «geopolitik üstünlük» və «şantaj», görünür, hələ bir müddət Türkiyənin xarici siyasətində təsirli olacaq.

Prezident Obama və Dövlət katibi Hillari Klintona «1915-ci il soyqırımı idi, yoxsa deyildi?»-sualını versəniz, «soyqırımı idi» cavabını alacaqsınız. Əslində, Senatda bu məsələ ilə bağlı səsvermələrdəki fəaliyyətləri də bunu ortaya qoyur. Ancaq prezident və Dövlət katibi rütbələri ilə «əxlaqi məsuliyyətləri»ndən «real siyasət»ə yönəlmələrinin başa düşülən bir səbəbi var: Türkiyə ilə Ermənistan arasında Hillari Klintonun sağdış olduğu «protokollar».

2010-cu ili də «soyqırımı» ABŞ-da qanuniləşməmiş yola verəcəyik. Narahat olmayın. Ermənistan ilə münasibətlərin «normallaşması» həyata keçəndə, quru sərhədləri açılanda isə bundan sonrakı illərdə «narahat olmaq» üçün heç bir səbəb qalmayacaq.

Eyüp Can («Referans»)

Erməni layihəsinə qarşı Baykaldan radikal təklif

Deyəcəksiniz ki, «Nə iş görülə bilər?»

Bu sualı Türkiyə-Ermənistan protokollarının ən hərarətli şəkildə müzakirə edildiyi günlərdə Ankarada CHP qərargahında Ərdal Sağlamla birlikdə Dəniz Baykala vermişdim. Düzü, Dəniz bəy o gün məni çaşbaş salacaq dərəcədə radikal bir açıqlama verdi.

Baykala görə, AKP hökumətinin Azərbaycanı küsdürmək bahasına Ermənistanla protokol imzalaması həm çox təhlükəli, həm də Türkiyənin mənafeyinə ziddir.

HƏR İL SOYQIRIMI QORXUSU


«Türkiyə hər il «Amerika 1915-ci ilə soyqırımı deyərsə» qorxusu yaşayır. AKP hökuməti Ermənistanla protokolları bu qorxuya görə gündəliyə daxil etdi. Türkiyənin artıq bu təzyiq altında siyasət yürütməkdən vaz keçməsi lazımdır».

Yaxşı, bəs necə?

Baykalın cavabı çox qəti idi.

«Bir tərəfdən deyirik ki, Amerika ilə strateji müttəfiqik, digər tərəfdən də hər il «soyqırımı təzyiqi» yaşayacağıq. Belə müttəfiqlik olmaz. Buna görə, Türkiyənin açıq şəkildə Amerikaya «artıq bu təzyiqə baş əymirəm» deməsi lazımdır».

AMERİKA TÜRKİYƏNİN HƏQİQİ MÜTTƏFİQİDİRSƏ…

Yaxşı, «soyqırımı layihəsi» Konqresdən keçərsə? «Keçərsə-keçsin. Nə olacaq, canımızı alacaqlarmı?». Bunun siyasi və hüquqi nəticələri olmazmı?

«Türkiyənin qorxacağı bir şey yoxdur. Bu tipli siyasi qərarlar bizdən çox onlara ziyan vurur. Osmanlı dövründə o günkü şərtlərə görə bir yerdən başqa yerə köçürülmə olub. Bu, insanlıq nöqteyi-nəzərindən üzüntü verir, ancaq buna görə heç kim Türkiyə Cümhuriyyətini cavabdeh qıla bilməz. Əgər Amerika Türkiyənin həqiqi müttəfiqidirsə, hər il Konqresdə eyni teatrı oynatmaqdan vaz keçməlidir».

Şəxsən mən sırf bu məsxərələr qurtarsın deyə, Baykalın radikal təklifini dəstəkləməyin tərəfdarıyam.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG