Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:59

Davudoğlu Obama administrasiyasına müraciət edib


Türkiyənin XİN-i Barak Obama administrasiyasını ermənilərin qondarma «soyqırımını» tanıyan qətnamənin qarşısını almğa çağırıb.

Əhməd Davudoğlu bildirib ki, Ankara Konqresin Xarici Əlaqələr Komitəsində sənədin qəbulundan narahatdır və xəbərdarlıq edib ki bu, Vaşinqtonla münasibətlərə zərər vura bilər.

Ankara dünənki səsvermədən sonra ABŞ-dakı səfirini məsləhətləşmək üçün geri çağırıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, qətnamənin qəbulu müsəlman Türkiyəsi ilə xristian Ermənistan arasında normallaşma səylərini şübhə altında qoyacaq.

Ermənilər birinci dünya müharuibəsi zamanı 1 milyon yarım erməninin osmanlı imperiyası tərəfindən soyqırıma məruz qaldığını iddia edir. Türkiyə bu ittihamlarla razı deyil.
XS
SM
MD
LG