Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

3 rayonun icra başçısı dəyişdi


Prezident İlham Əliyev paytaxtın Qaradağ rayonunun icra başçısı Hüseyn İsrafil İsrafilovu vəzifədən götürüb. Dövlət başçısının sərəncamı ilə onun yerinə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Süleyman Mikayılov gətirilib.

Süleyman Mikayılovu əvvəlki postunda əvəzləyəcək şəxsin adı da bilinib – prezident sərəncamı ilə Qəbələnin icra başçısı vəzifəsindən götürülən Tofiq İbrahimov.

Qəbələnin icra başçısı postu isə Səbuhi Abdullayevə həvalə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG