Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:53

ABŞ Konqresində "soyqırım"a münasibət


ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni qırğınlarını "soyqırım" kimi tanımaq barədə qanun layihəsi 23 səsin 22-yə nisbəti ilə təsdiqlənib.

Bir gün öncə ABŞ dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının üzvlərinə müraciət edərək, Birləşmiş Ştatların müttəfiqi olan Türkiyə ilə münasibətlərin pozulmaması və Türkiyə Ermənistan danışıqlarına zərər gətirməmək naminə bu səsverməni ertələməyə çağırmışdı.

Obama administrasiyasının səylərinə baxmayaraq, qanun layihəsi səsverməyə qoyuldu. Bundan sonra həmin sənəd Nümayəndələr Palatasının, sonra isə Senatın müzakirəsinə çıxarılmalıdır. 2007-ci ildə eyni qanun layihəsi Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilmiş, lakin Nümayəndələr Palatasının gündəliyinə salınması üçün kifayət edəcək qədər dəstək qazanmamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG