Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:41

«Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı deyil»


Əvəz Həsənov

Əvəz Həsənov

«Azərbaycan istədi-istəmədi Avropa ilə bağlı proseslər gedəcək. Azərbaycan da bu proseslərdə sürünəcək».

Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov belə deyir. O «İşdən sonra»da bildirib ki, Azərbaycan Avropa Birliyi qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı deyil:

- Bütün bu ayrılan vəsaitlər hamısı Qonşuluq Siyasətinin Fəaliyyət Planı, eləcə də Şərq Tərəfdaşlığı Proqramı çərçivəsindədir. Amma Azərbaycanda bu proqram ilə əməkdaşlıq kifayət qədər prioritet sahə sayılmır. Bunu Avropa da gözəl bilir, Azərbaycan hökuməti də. Avropa proqramla ehtiyatlı davrandığı üçün hər hansı islahatların aparılmasına sövq edə biləcək maliyyə yardımını almağa cəhd etmir. Amma Azərbaycan istədi-istəmədi Avropa ilə bağlı proseslər gedəcək, Azərbaycan da bu proseslərdə sürünəcək.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyir ki, indiki halda Azərbaycan hökuməti heç bir öhdəliyi yerinə yetirmək marağında deyil:

- Azərbaycan o qədər də islahatlar, dəyişikliklər istəyində deyil. Çünki bu vəsaiti almaqla üzərinə böyük öhdəliklər götürür. Avropa Birliyinin verdiyi vəsaitlərin arxasında demokratiya prinsipləri durur. İndiki halda Azərbaycan hökuməti heç bir öhdəlikləri yerinə yetirmək niyyətində deyil. Əgər o pulu versəydilər ki, gedin körpü tikin, onda Azərbaycan həmin vəsaiti üç qat artırmağa maraqlı olardı.

VERİLİŞİ DİNLƏYİN
XS
SM
MD
LG