Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:47

Bağdadda törədilmiş hücumlarda 14 adam ölüb


İraqda seçki ərəfəsində törədilmiş hücumlarda 14 nəfər ölüb.

Bağdaddakı seçki məntəqələrində törədilmiş iki partlayışlarda 7 adam ölüb, 50-ə yaxın adam isə yaralanıb.
Şahidlərdən birinin dedikləri.

Bağdadın şimalının minatandan atəşə tutulması nəticəsində isə 4 uşaq da daxil olmaqla 7 nəfər ölüb.

Bu gün İraqda vaxtından əvvəl səsvermə başlanıb.

BMT-nin İraqdakı missiyasının məlumatına görə vaxtından əvvəl 600 mindən artıq adam səs verəcək ki, onların əksəriyyəti seçki günü asaişin qorunması ilə məşğul olacaq təhlükəsizlik qüvvələridir.

İraqda parlament seçkiləri martın 7-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG