Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:00
Avropa Şurasının İnsan haqları üzrə Komissarı AzadliqRadiosunun Naxçıvan üzrə müxbirinə müsahibə verib.

- Cənab Komissar, Naxçıvandakı görüşlərinizin nəticələri və təəssüratlarınız barədə nə deyərdiniz?


Azərbaycana səfərim bir həftəlik proqramdan ibarətdir. Bakıda bir gün görüşlər keçirdikdən sonra Naxçıvana səfər etmişəm. Missiya başa çatdıqdan sonra hesabat hazırlanacaq. Hesabatda əsasən üç sahə əhatə olunacaq. Bunlardan birində ədliyyə sisteminin idarə edilməsi - məhkəmələr, polis davranışı, cəzaçəkmə müəssisələri əhatə olunacaq. İkincisi, KİV-də plüralizmin mövcud olması, azadlıq və s. olacaq . Üçüncüsü isə vətəndaş cəmiyyəti qrupları - QHT haqqında.

Cümə günü Bakıda günortadan sonra mətbuat konfransı keçiriləcək. Öz mövqeyimi, bütün görüşlərin nəticəsi barədə orada açıqlama verəcəyəm. İndi burada hansısa bir məlumat vermək, bir təəssürat söyləmək peşəkar nöqteyi-nəzərdən düzgün olmaz.

Naxçıvandakı görüşlərimizə gəldikdə Naxçıvan Ali Məclisinin sədri və xanım Ombudsmanla görüşdük. Daha sonra Naxçıvandakı Psixi Xəstəliklər Dispanserinə baş çəkdik. Orada Naxçıvanın Səhiyyə Naziri və xəstəxananın baş həkimi ilə görüşdük. Oranın proseduraları ilə tanış olduq. Ali Məclisin sədri ilə çox uzun müzakirələrimiz oldu. Məsələləri çox ətraflı dərin şəkildə müzakirə etdik. Vətəndaş cəmiyyəti qrupları ilə görüşlərimiz oldu. Günün sonunda hava limanına gəlməmişdən əvvəl Bənəniyar kəndinə getdik. Oradakı insanlarla görüşdük. Mənə elə gəlir ki, kifayət qədər müxtəlif mənbələrdən kifayət qədər ətraflı məlumatlar artıq əldə etmişik. İndi öz qrupumuz daxilində gəldiyimiz nəticələr, yekunlar barədə müzakirələr aparırıq. Bakıda verəcəyimiz mətbuat konfransında ətraflı şəkildə müəyyən məsələlər səsləndiriləcək. Daha sonra isə hesabata daxil ediləcək.

- Ali Məclisin sədri ilə görüşdə hansı məsələlər müzakirə edildi?


- Üç əsas sahədə qeyd etdiklərimi bütün missiya boyunca aydınlaşdırıram. Məhz həmin məsələləri də cənab sədrlə müzakirə etdik.

- Naxçıvandakı görüşlərlə bağlı Bakıda hökumət dairələrilə müzakirələr aparacaqsınızmı?


- Əlbəttə. Bu missiyanın əvvəlindən bəri baş verənlərin hamısı nazirlərlə görüş zamanı meydana çıxacaq. Çünki ümumilikdə vəziyyəti başa düşməyə çalışdığım üçün məsələlər müzakirələrdə ortaya çıxacaq.

- Bənəniyar kəndində oldunuz, oradakı təəssüratlarınızı bölüşərdiniz. Çünki ora ilə bağlı müxtəlif fikirlər səslənir.

- Mən bilirəm, mən bütün tərəflərə qulaq asmışam. Bilirəm ki, müxtəlif fikirlər və mövqelər mövcuddur. Mən də hamısını dinləmişəm.

- Amma sizin mövqeyinizi öyrənmək çox maraqlıdır.

Cavab: Ona görə peşəkaram ki, vaxtından əvvəl məsələləri açıqlamıram.

- Yəqin ki, hesabatda bütün bunlar yer alacaq?


- Hesabatımız da özümüz qədər professionallığa cavab verəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG