Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:19

«Yukos» hökumətdən 98 milyard dollar təzminat istəyir


Avropa İnsan Haqları Məhkəməsinin qərarı bir neçə həftəyə veriləcək
Avropa İnsan Haqları Məhkəməsinin qərarı bir neçə həftəyə veriləcək
«Yukos» Rusiyadan 98 milyard dollar təzminat tələb edir. Avropa İnsan Haqları Məhkəməsinin 50 illik tarixində hələ heç kim heç bir ölkədən bu qədər pul istəməyib.

Martın 4-də Avropa İnsan Haqları Məhkəməsində «Yukos» şirkətinin keçmiş başçılarının Rusiya Federasiyasına qarşı iddiası üzrə dinləmələr başlanıb.

«Yukos»un keçmiş rəhbərləri Rusiya hökumətini ittiham edirlər ki, hökumət qondarma ittihamlarla «Yukos» şirkətini müflis etdi.

Vaxtilə Rusiyanın ən böyük neft şirkəti olan «Yukos» 2006-cı ildə iflas oldu. Şirkət rəhbərləri deyirlər ki, bunun bir səbəbi vardı, o da «Yukos»u yaradan Mixail Xodorkovskini cəzalandırmaq idi.

Hazırda Xodorkovski vergidən yayınma ittihamı ilə Sibirdə həbsxanadadır. Ona 8 illik həbs cəzası verilib.

MƏHKƏMƏDƏN NƏ GÖZLƏMƏK OLAR?

Skeptiklərin fikrincə, «Yukos»un səhmdarlarının şansı azdır.

Optimistlər isə Avropa İnsan Haqları Məhkəməsinin əvvəllər Rusiyaya qarşı bir neçə dəfə qərar verməsini xatırladaraq bu dəfə də Kremlin cəzalandırılacağını düşünürlər.

«Yukos»un keçmiş vitse-prezidenti, hazırda Londonda yaşayan Aleksandr Temerko deyir ki, İnsan Haqları Məhkəməsinin «Yukos»un iddiasını qəbul etməsinin özü uğurdur:

«Avropa Məhkəməsi artıq qərar verib ki, «Yukos»un şikayəti məqbuldur. Avropa İnsan Haqları Məhkəməsinin nəzərdən keçirdiyi məsələ «Yukos»a qarşı təzyiqin siyasi motivli olmasıdır. Leqal proseduranın bazis prinsipləri pozulub».

Avropa İnsan haqları məhkəməsinin qərarı Avropa Şurasının üzvü olan ölkələr, o cümlədən Rusiya üçün məcburidir. Məhkəmə cərimə haqda qərar çıxarsa, Rusiya hökuməti bu məbləği ödəməlidir.

Ancaq məbləğ nə qədər olacaq?

2007-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Xodorkovskinin biznes tərəfdaşı Platon Lebedevin hüquqlarının pozulduğunu bildirdi. Ancaq Rusiya hökumətinə qoyduğu cərimə cüzi idi.

Strasburqdakı məhkəmə son həftələr ərzində iki dəfə təxirə salınıb. Buna səbəb Rusiya hökuməti nümayəndələrinin məhkəməyə gəlməməsi idi.

««YUKOS»U DAĞIDANLAR BUNDAN PUL QAZANIBLAR»

Bunu maliyyə eksperti Andrey Sotnik deyir. O bildirir ki, məhkəmə Rusiyanın əleyhinə qərar versə, bu, həmin ittihamı da təsdiqləmiş olacaq:

««Yukos»un dağılmağından bəhrələnənlər bir sıra fərdlər və şirkətlərdir, o cümlədən, Rusiya hökumətinin yuxarı eşelonları. Mən əminəm ki, «Yukos»un dağılmağından kimin və hansı məbləğdə mükafat alması haqda sənədlər Strasburq məhkəməsinə təqdim olunacaq. Mən əminəm ki, bu fərdlərin və şirkətlərin heç də hamısı rusiyalı deyil».

Avropa İnsan Haqları Məhkəməsinin qərarı bir neçə həftəyə veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG