Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:53

Afinada etiraz aksiyası keçirilib


Bu gün Afinada Maliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Aksiyada 300 dən artıq adam iştirak edib.

Onlar iqtisadi böhrandan çıxmaq üçün hökumətin qəbul etdiyi tədbirlərə etiraz bildiriblər.

Bu tədbirlərdə pensiyaların dondurulması, dövlət sektorunda maaşların ixtisarı, vergilərin artırılması və bir sıra dövlət proqramlarına xərclərin ixtisarı nəzərdə tutulur.

Hazırda Yunanıstanda büdcə kəsiri daxili məhsulun 12 faizindən çoxdur ki, bu da Avropa Birliyinin müəyyən etdiyi limitdən 4 dəfə artıqdır.

Yunanıstandakı büdcə böhranı Avronun sabitliyini təhlükə altında qoyub.
XS
SM
MD
LG