Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Novruzəli Məmmədovun ailəsi apelyasiya şikayəti verib


Novruzəli Məmmədov
«Tolişi Sədo» qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun ailə üzvləri bu il yanvarın 27-də Nəsimi rayon məhkəməsinin çıxardığı qətnamədən apelyasiya şikayəti verib. Bu barədə AzadlıqRadiosuna Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov məlumat verib.

Mərhumun ailə üzvləri onun ölümünə görə Maliyyə Nazirliyindən, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, Xidmətin Baş İdarəsindən və müalicə müəssisəsindən, o cümlədən 15 saylı cəzaçəkmə müəssisəsindən mənəvi zərər qismində 3 milyon manat tələb edir. Ailə üzvlərinin iddiasına görə, Novruzəli Məmmədov cəza çəkdiyi cəzaçəkmə müəssisəsində ona qoyulmuş diaqnoz üzrə düzgün müalicə olunmayıb və bu səbəbdən də ölüb.

Məhkəmədə Müalicə Müəssisəsinin həkiminin ifadəsindən məlum olub ki, Novruzəli Məmmədovun ürəyi, böyrəyi və qara ciyəri sağlam olduğu halda, ona həmin xəstəliklərlə əlaqəli dərmanlar təyin edilib, beləliklə də, Novruzəli Məmmədov xəstəliyinə dəxli olmayan dərmanlar qəbul etməklə səhv müalicə olunub.

Məhkəmə ekspertiza edib və müalicənin diaqnozlara uyğun olaraq aparıldığı barədə məhkəmənin sonunda ekspertiza rəyi açıqlanıb. Ailə üzvləri isə rəyə şübhə ilə yanaşdıqlarını bildiriblər.

Nəsimi rayon Məhkəməsi iddianı əsassız sayaraq təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna bildiriblər ki, Məmmədovlar ailəsinin apelyasiya şikayəti məhkəməyə daxil olub. Lakin hələlik heç bir hakimin icraatına verilməyib.

Azərbaycan məhkəmələri Novruzəli Məmmədovun ailəsinin iddiasını təmin etməsələr, ailə Avropa Məhkəməsinə şikayət edəcək.

«Tolışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi tərəfindən onun baş-beyin işemik infarktından öldüyü bildirilirdi.

O, 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG