Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:15

BVF Azərbaycanı şəffaf və səmərəli olmağa çağırıb


Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətini dövlət xərclərinin keyfiyyətini yüksəltməyə, səmərə və şəffaflığı artırmağa çağırıb.

BVF missiyasının rəhbəri Ninke Omes «Turan»-a deyib:

«İlk addım hökumətin veb-saytında büdcə xərclərinin bölünməsi olardı. Bu, investisiya və sosial layihələrin monitorinq və seçiminə, onlara nəzarətə imkan verər».

Missiya rəhbəri bildirib ki, dövlət xərclərinə ictimai nəzarət onların səmərəsinin artırılması üçün vacibdir. Onun sözlərinə görə, QHT və mətbuat o informasiyaları əldə edə bilməlidir.

Fond hesab edir ki, hökumətin vergi-büdcə siyasətinin daha sərt ortamüddətli əsaslarının hazırlaması vacibdir.

Bundan başqa, BVF istənilən iqtisadi artım və neftin qiyməti şəraitində Neft Fondundan əlavə vəsait cəlb edilməsini qəti şəkildə dayandırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG