Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:51

Universitetdən qovulan tələbə prokurorluğa izahat verib


Qanunsuz olaraq Azərbaycan Dövlət Neft Akademiyasından xaric edildiyini iddia edən Elmin Bədəlov bu gün Biləsuvar rayon Prokurorluğunda izahat verib.

Elmin Bədəlov AzadlıqRadiosuna bildirib ki, onun barəsində prokurorluqda hərbi xidmətdən yayınma ilə bağlı iddia qaldırılıb. O izahatında hazırda təhsil aldığım ali məktəbdən qanunsuz olaraq xaric edilməsi ilə bağlı Nəsimi rayon Məhkəməsində iddia qaldırdığını və apelyasiya məhkəməsinin son qərarına qədər onun hərbi xidmətə çağırılmasının qeyri-qanuni olmasını göstərib.

Elmin Bədəlovun sözlərinə görə, onun hərbi xidmətə çağırılması ilə bağlı nə çağırış vərəqəsi nədə ki, heç bir zəng olmayıb.

Martın 5-də Nəsimi rayon Məhkəməsində Elmin Bədəlovun təhsil aldığı məktəbdən qanunsuz xaric edilməsi ilə bağlı qaldırdığı iddiasının hazırlıq iclası keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG