Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:23

Hərbçi əsgər yoldaşını öldürüb


Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib. Hərbçi əsgər yoldaşını öldürüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Məlumata görə, dünən axşam saatlarında hərbi hissənin əsgəri, 2008-ci ilin oktyabrında Qobustan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Novruzov Vilayət Vəkil oğlu silahla ehtiyatsız davranaraq atəş açıb.

Nəticədə onun əsgər yoldaşı 2009-cu ilin oktyabrında Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Əliyev Rövşən Qəzaxan oğlu yaralanıb və dünyasını dəyişib. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG