Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45

Qəzetlərə «Demokrat» da qoşuldu


Martın 4-də «Demokrat» adlı həftəlik qəzetin ilk sayı köşklərə çıxıb. Qəzetin baş redaktoru əvvəllər «525-ci qəzet»də və «Yeni Müsavat»da işləmiş jurnalist Mustafa Hacıbəylidir.

Qəzetin ilk sayı 1500 tirajla çıxıb.

Mustafa Hacıbəyli deyir ki, qəzetin bir neçə texniki işçilərindən başqa ştatlı əməkdaşları yoxdur. Qəzetin ilk sayında bəzi tanınmış jurnalistlərin yazıları dərc olunub. Baş redaktor qəzetin hamı üçün açıq olduğunu deyir:

«Bizim qəzetdə daxili senzura olmayacaq, jurnalistlərin peşə kodeksinə uyğun gələn bütün yazılar qəzetdə işıq üzü görə biləcək. Biz ölkədə azadlığın və ədalətin bərqərar olması üçün əlimizdən gələni eləyəcəyik».

Mətbuat Şurasının məlumatına görə, hazırda Azərbaycanda gündəlik, həftəlik və aylıq çıxan 500-dən çox qəzet var.

Günün bütün mövzuları

XS
SM
MD
LG