Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

«Oğlumun qanı hərbi hissə rəhbərliyinin üstündədir»


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə «dedovşina»da təqsirləndirilən Müdafiə Nazirliyinin Sumqayıtdakı «N» saylı hərbi hissəsinin əsgərləri - Elsevər İsgəndərovun, Hacı Əliyevin, Anar Kərimovun, İsmət İslamovun və Şahmar Zeynalovun məhkəməsi keçirilir. Məhkəmə iclasına hakim İlham Nəbiyev sədrlik edir.
İttiham aktına görə, adları çəkilən əsgərlər hərbi hissədə əsgər yoldaşları Mirzəliyev Teymur İsaxan oğlundan 5 manat tələb ediblər. İddiya görə, əsgər onların tələbini yerinə yetirmədiyinə görə onu döyərək şərəf və ləyaqətini alçaldan söyüşlərlə təhqir ediblər. BUndan sonra isə əsgər təhqirlərə dözməyərək ötən ilin oktyabr ayında intihar edib.
Anar Kərimovun və Hacı Əliyevin vəkili Ağaveyis Şahverdi hesab edir ki, əsgərin ölümündə onun müdafiə etdiyi şəxslərin təqsiri yoxdur. O, məhkəmədən cinayət işinin təqibinə xitam verilməsini xahiş edib.
Mərhum əsgərin atası İsaxan Mirzəliyev isə əsgərlərə daha ağır cəzan verilməsini xahiş edib. Əsgər atası bildirib ki, oğlu intihar etməyib, onu əsgər yoldaşları trosla boğaraq qətlə yetiriblər:
«Mən oğlumun yerinin dəyişdirimləsi ilə bağlı hərbi hissə komandirinə müraciət etmişdim. Amma o mənim müraciətlərimə məhəl qoymayıb. Oğlumun qanı hərbi hissə rəhbərliyinin üstündədir», - bunu da məhkəmədə əsgər atası deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG