Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54
«Bizim yol»:

Dövlət Neft Şirkətindən 500 nəfər çıxarılıb

Bu ilin 2 ayı ərzində Dövlət Neft Şirkətinin (ARDNŞ) iki idarəsində - «Azəriqaz»İB və Xəzər Dəniz Neft Qaz Layihə İnstitutundan 500 nəfər azad edilib. Bu barədə məlumatı «Bizim Yol»a Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı verib.
M.Qəhrəmanlının fikrincə, pensiya yaşına edilən dəyişikliklər prosesi lap sürətləndirib: «ARDNŞ-ın bəzi idarə və müəssisələrində qanuna ümumiyyətlə, əməl olunmur. Pensiya yaşının uzadılması da prosesi lap sürətləndirib».
Cəmiyyətin sədrinin dediyinə görə, Dövlət Şirkətində fəhlə və mühəndislərə qarşı ayrıseçkilik hökm sürür.

«Azadlıq»:

Binəqədi neft buruqları camaata satılıb

Alı Qocayev neft ərazilərinin 1 sotunu 1000 manata satır.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisindəki qeyri-yaşayış sahələrində mənzil və obyektlərin tikintisinə şərait yaradır.
Bu barədə «Olaylar»-a Binəqədi sakinləri məlumat verib.
Məlumata görə, icra başçısı Ali Qocayev rayonda neft əraziləri, yüksək gərginlikli elektrik xətlərinin altındakı boş sahələri satmaqla məşğuldur.
Bələdiyyə və icra nümayəndələri də icra başçısının tapşırığı ilə rəhbərlik etdikəri qurumun adından onlara saxta müqavilələr verirlər.

«Azərbaycan»:

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, son dövrlərdə İçərişəhərdə aparılan abadlıq işlərinin miqyası genişlənmişdir. İçərişəhərin formalaşmış planlaşma strukturuna, tarixi-memarlıq görkəminə xələl gətirilmədən görülən işlər burada yerləşən qədim abidələrin gözəlliyini üzə çıxarır, yeni arxeoloji materialların aşkar olunmasına kömək edir.
Hazırda «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qoruq ərazisindəki binaların dam və fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi həyata keçirilir.

«Yeni Azərbaycan»:

Qaradağ rayonunda Dövlət Proqramından irəli gələn vəzifələr yüksək göstəricilərlə yerinə yetirilib


Prezident İlham Əliyevin ötən il imzaladığı 181 Qanun, 169 Fərman, 562 Sərəncam da bilavasitə ölkənin hərtərəfli inkişafına, iqtisadi qüdrətinin artırılmasına, idarəetmə strukturunun təkmilləşdirilməsinə xidmət edib və bu proses davam edəcək.
Məlum olduğu kimi, 2009-cu il dünya iqtisadiyyatı üçün olduqca çətin və mürəkkəb illərdən biri olub, qlobal maliyyə və iqtisadi böhran, hətta dünyanın aparıcı ölkələrini çətin duruma salıb. Ümumi daxili məhsul MDB məkanı ölkələrində bütövlükdə 9 faiz azaldığı halda, Azərbaycanda bu göstərici 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı 3,5 faiz artıb və ilk dəfə olaraq ölkədə rekord səviyyədə - 3 milyon ton taxıl istehsal edilib. 2010-cu ilin yanvar ayının yekunlarına əsasən respublikamızda ümumi daxili məhsul 13,7 faiz, sənaye istehsalı isə 9,2 faiz artıb.
Təbii ki, ölkə üzrə müxtəlif sferalarda əldə edilən uğurlar Qaradağ rayonundan da yan keçməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG