Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:42

R. Rzayevin köməkçilərinin məhkəməsi başlayır


Rail Rzayevin qətlindən sonra həbs olunanların məhkəməsinə hazırlıq iclası martın 15-nə təyin olunub.

İşə Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmə baxacaq. .

Azərbaycanın müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayev həbsdə ötən il fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.

Rail Rzayevin qətlindən sonra onun köməkçisi Aydın Rəfiyev və oğlu Anar Rəfiyev, yavəri Anar Həşimov həbs olunub, oğurluq və mənimsəmə və ya israf etmə maddələri ilə təqsirləndirilirlər.

İttihama görə, Aydın Rəfiyev və Anar Haşımov qətldən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.
XS
SM
MD
LG