Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54

İçərişəhərdə səsli bələdçi xidməti


İçərişəhər ərazisində xüsusi audiobələdçi texnologiyasının tətbiqi nəzərdə tutulur. Bu barədə AzərTAc-a Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər. Bu layihəni Avropa şirkətlərindən biri həyata keçirəcək.

Audiobələdçi texnologiyasının iş prinsipi qabaqcadan yazılmış mətn və digər audio materialların ekskursiya zamanı səsləndirilməsinə əsaslanır. Bu iş kiçik bir cihaz vasitəsilə həyata keçiriləcək.

Audiobələdçi turistlərin İçərişəhərin tarixi və buradakı abidələrlə kənar şəxslərin köməyi olmadan sərbəst tanış olması üçün imkan yaradır.
Audiobələdçilər Novruz bayramından tətbiq ediləcək.

Ekskursiya xidməti Azərbaycan, ingilis və rus dillərində təqdim olunacaq. Audiomətnləri milli musiqilər müşayiət edəcək.

Gələcəkdə audiobələdçilər vasitəsilə ekskursiya xidmətinin başqa dillərdə də həyata keçirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG