Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:05

Obama və Gül «soyqırımı» iddiasından əvvəl danışdı


Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi martın 4-də ermənilərin qondarma «soyqırımı» iddiasını səsə qoyacaq.

Ermənilər Osmanlı imperiyasının 1 milyon yarım erməniyə soyqırımı həyata keçirdiyi iddiasındadır. Türklər təkzib edir.

Türkiyə xəbərdarlıq edib ki, qondarma soyqırımı haqda sənədin qəbulu ABŞ-la münasibətlərə ciddi zərbə vurar.

ABŞ-ın aviasiya və müdafiə sənayesinin rəhbərliyi də Vaşinqtonu qətnamə qəbulundan çəkinməyə çağırıb, bildiriblər ki, bu «ABŞ-Türkiyə münasibətlərini korlaya» və Amerikada iş yerlərini risk altında qoya bilər.

Bu arada Türkiyə mətbuatı Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığının olduğunu açıqlayıb. «Soyqırımı» iddiasının müzakirələrindən əvvəl Abdulla Gül və Barak Obama ikitərəfli əlaqələr və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
XS
SM
MD
LG