Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:17

Məcburi köçkünlərə 3 milyarda yaxın pul xərclənib


Azərbaycan hökuməti 18 ərzində məcburi köçkünlərlə bağlı 3 milyard dollara yaxın pul xərcləyib. Belə bir açıqlamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

Komitə sədrinin dediyinə görə, bu pulun 1 milyard 300 milyonu dövlət büdcəsindən, 770 milyonu Dövlət Neft Fondunun hesabından, 780 milyon dolları isə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, maliyyə qurumları tərəfindən sərf edilib.

Görülən tədbirlər nəticəsində yüz min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırıldığını deyən komitə sədrinə görə, hazırda yalnız payraxt Bakıda 216 min məcburi köçkün ağır şəraitdə yaşayır və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
XS
SM
MD
LG