Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44
Çində Kommunist Partiyası it və pişik ətinin yeyilməsini qadağan edən qanun qəbul etmək istəyir. Amma ölkə ictimaiyyətindən bun qarşı etirazlar yüksəlir.

Təklif olunan layihədə “it ətinin qanunsuz istehsalı və satışına” görə 5 000 yuan – təxminən 730 ABŞ dolları qədər cərimə, ya da 15 günə qədər həbs cəzası nəzərdə tutulur.

Amma bu qanunun əleyhdarları hələ də mediada, internet məkanında çoxdur. Onların arqumentlərinə görə it əti yemək Çində əsrlərin ənənəsidir, Çin xalqı hələlik Qərbdə olduğu kimi bu ətdən imtina etməyə hazır deyil. Onlar deyirlər ki, hökumətin it və pişik ətini “qanunsuz” elan etməsi bu heyvanların bundan sonra əl altından öldürülməsinə səbəb olacaq.

"The Economist" jurnalının məlumatına görə Çində hökumət it və pişik ətinin yeyilməsini qadağan etmək istəyir. Amma cəmiyyətdən buna etirazlar getdikcə güclənir.

Sentyabrdan bəri müzakirə edilən bu layihə heyvanların qorunmasına o qədər də önəm verilməyən bu ölkədə ilk təşəbbüslərdən biri hesab oluna bilər.

Çində kəsilmiş donuzlarla dolu yük maşınlarını hər yerdə görmək olar. Zooparklarda adamlar məmnuniyyətlə diri toyuqları alıb ac aslanların qarşısına atırlar.
Amma getdikcə artan orta təbəqə də it və pişik ətindən imtina etmir.

İndi onların qadağan edilməsi çox köhnə yemək növlərinə adət etmiş adamlarda narazılıq yaradır.

Təkcə etnik koreyalılar arasında deyil, Çinin əksər yerlərində itə əti olduqca populyardır. Paytaxt Pekinin özündə də it restoranları çoxdur. Çoxları inanır ki, qışda it əti yemək bədəni isti saxlayır.

Pişik əti isə ölkənin cənub ərazilərində dəbdədir. Burada pişik ətini kiçik küplərdə bişirib süfrəyə verirlər.

İt əti bəzi şəhərlərdə qadağan edilsə də hökumət ona tələbatın artmasından narahatdır. Hazırda Pekində rəsmən hər evdə yalnız bir it saxlamağa icazə verilir. Onun da boyu 35 santımetrdən yuxarı ola bilməz. Buna baxmayaraq, yeyilmək üçün it bəsləyənlər hələ də çoxdur.

Çində iki il əvvəl də heyvanlara işgəncə verilməsini qadağan edən qanun layihəsi təklif edilmişdi. Amma az sonra həmin layihə gündəlikdən çıxdı.

Şərhləri göstər

XS
SM
MD
LG