Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:45

«Azərbaycan hərbisinə ayrılan xərclərin 30 faizi itir»


Cəsur Sümərinli
«Təmas xəttində atışma qana-qan xarakteri daşıyır». Hərbi jurnalist, milaz.info portalının baş direktoru Cəsur Sümərinli «İşdən sonra»da belə deyib. Verilişdə Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki vəziyyətə dair aylıq hesabat müzakirə olunub.

C.Sümərinli onu da deyib ki, Azərbaycanın hərbi tələblərinə ayrılan xərclərin 70 faizi təyinatına uyğun xərclənir, 30 faizi isə itir:

- Büdcə tam hərbi sirr hesab edilə bilməz, əsgərlər üçün ərzaq, geyim və s.-lə bağlı tenderlər var. Bunlar ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır. Orduda həll olunmamış xeyli sayda problemlər var.

Tərxis olunmuş gəncləri maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bunun əksini iddia edir:

- Hərbi büdcə məsələsi hərbi sirrdir. Azərbaycan silahlı qüvvələrinə dövlət rəhbərliyi tərəfindən nəzarət var. Get-gedə ictimai nəzarət də formalaşır. Heç bir fakta əsaslanmadan fikir bildirmək ədalətsizlikdir.

E.Həsənli hesab edir ki, Azərbaycan ordusu həm döyüş hazırlığı, həm də mənəviyyat baxımından güclüdür:

- Dünyada elə bir peşə yoxdur ki, orada nöqsanlar olmasın. İş olan yerdə qüsur da olur. İslahatlar olanda, onun fasadları da olur.

PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG