Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Ən yaxşı ərəb yazıçısı Abdo Xal seçildi


Abdo Xal
Abdo Xal
Ərəb yazıçıları arasında keçirilən nüfuzlu müsabiqə yekunlaşıb: “Ərəb Nəsri üçün Beynəlxalq Mükafat” Səudiyyə Ərəbistanından olan yazıçı Abdo Xala verilib.

Özünün “Qəsrlər boyda qığılcımlar” adlı satirik romanında Xal cəmiyyətdəki qeyri-bərabərlikdən, böyük kapitalın ayrı-ayrı əllərdə cəmləşməsinin cəmiyyətə dağıdıcı təsirindən, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsindən, ədalətin tapdanmasından bəhs edir.

Əsərdə kasıb Səudiyyə sakinləri ilə zəngin saray əhli arasında münasibətlərdən danışılır.

Romanın adı "Quran"dan - cəhənnəmi təsvir edən ayədən götürülüb.

Mükafat yazıçıya martın 2-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təqdim edilib. Mükafatın dəyəri 60 min dollardır.

Abdo Xal mükafatı udan ilk Səudiyyə yazıçısıdır. “Ərəb Nəsri üçün Beynəlxalq Mükafat” Londonda yerləşən Buker Mükafatı Fondu ilə bağlıdır və ona “Ərəb Bukeri” də deyirlər.

Müsabiqədə 17 ərəb ölkəsindən 100-dən çox yazar iştirak edirdi.

Abdo Xal 1962-ci ildə Səudiyyə Ərəbistanında doğulub. Ali məktəbdə siyasi elmlər fakültəsini bitirsə də, 1980-ci ildən bəri bədii yaradıcılıqla məşğul olur.

Ciddə Ədəbiyyat Klubunun direktorlar Şurasının üzvüdür. Bundan başqa yerli qəzetdə köşə yazıları yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG