Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:33

Rusiya ilə ticarət əməliyyatları 2 milyard dolları aşacaq


Bu il Rusiya ilə ikitərəfli ticarət əməliyyatlarının həcminin 2 milyard dolları aşacağı nəzərdə tutulur.

Azərbaycanın baş naziri Artur Rasi-zadə Rusiya hökuməti başçısının birinci müavini və RF-nin MDB məsələləri üzrə milli əlaqələndiricisi İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşündə bunu deyib.Artur Rasi-zadə vurğulayıb ki, Azərbaycan MDB çərçivəsində inteqrasiya proseslərinin daha da intensivləşməsinin tərəfdarıdır.

Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov qeyd edib ki, Birliyin üzvü olan bütün ölkələr iqtisadiyyatın baza sahələri olan energetika və nəqliyyat sektorlarında əlaqələrin inkişaf etdirilməsi barədə həmrəydirlər.
XS
SM
MD
LG