Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45
«Yeni Müsavat»:

Salyan bazarı hasarlandı

Salyan bazarı ilə bağlı yaranan qalmaqal bitib-tükənmək bilmir. Artıq rayon bazarına qəzalı statusu verərək hasarlayıblar. Qərarı isə icra başçısı Əlağa Hüseynovun qohumu, rayon fövqəladə hallar komissiyasının sədri Elmar Hüseynov verib. Bazarda yarı gizli alverle məşğul olan satıcılar bazardan çıxarılaraq onlara hədə-qorxu gəlinib.
Rayon istehlak cəmiyyətinə məxsus bazarda çalişan Əhməd İmranovun söylədiyinə görə, neçə gündür ki, icra nümayəndələri ilə polislər onlara təzyiq göstərirlər: «Bizi göndərirlər yolun qırağına ki, orda alver edək».
Mövzu ilə bağlı danışdığımız hüquq müdafiəçisi Azad İsgəndərli isə güman edir ki, məsələ tezliklə həll olunacaq: «Əsas odur ki, yüzlərlə insanın çaiışdığı bazarda ticarət bərpa olunsun. Bütün bu olayların səbəbkarı Fərhad Əliyevin qohumu olan Vaqif Hüseynovdur. Mən inanıram ki, hörmətli general tezliklə bu məsələni həll edəcək».

«Bizim yol»:

Ev təmiri üçün yeni imkanlar açılıb

Banklar üçün problemlərin artmasına baxmayaraq, bəzi sahələrdə kredit qoyuluşu aktivləşib.
Daşınmaz əmlak üzrə mütəxəsis Nüsrət İbarhimlinin sözlərinə görə, bir il əvvələ nisbətən təmir kreditləri üçün müraciət edənlərin sayı 50 faiz çoxalıb:
«Həmçinin, təmir bazarında getdikcə durğunluq aradan qalxmağa başlayıb. Bundan istifadə edənlərin əksəriyyəti isə əlində nəğd pulu olmayanlardır».

«Yeni Azərbaycan»:


YAP Avropa Xalq Partiyasına müşahidəçi qismində üzv qəbul olunmaq üçün müraciət edib

Avropa Xalq Partiyasının sədri Vilfrid Martinsin sözlərinə görə, YAP-ın Avropa Xalq Partiyasına üzvlüyü ikitərəfli əlaqələri daha da gücləndirə bilər: «Mart ayında məhz bu mövzunu müzakirə etmək üçün işçi qrupunun toplantısı keçiriləcək. Ümid edirik ki, bu müraciətə müsbət cavab veriləcək».
V.Martins Dağlıq Qarabağa münaqişəsinin həlli ilə bağlı məsələyə də münasibətini açıqlayıb: «Biz düşünürük ki, bu məsələnin çözülməsi Madrid prinsiplərinə əsaslanmalı, ATƏT-in Minsk qrupu öz işini davam etdirməli, beynəlxalq hüququn aliliyinə hörmət edilməlidir».

«Azərbaycan»:

BŞİH-də narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş konfrans

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdir ki, sürətlə inkişaf edən müstəqil respublikamızda sağlam cəmiyyətin qorunub saxlanılması daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur.

Bildirilmişdir ki, Bakı şəhər və rayon komissiyaları bu illər ərzində respublikamız və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədləri, Dövlət Komissiyasının tapşırıqlarını rəhbər tutaraq yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq, QİÇS və digər halların profilaktikası istiqamətində bir sıra işlər görmüşlər.
XS
SM
MD
LG