Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:53

Qətlə yetirəni tapana 10 min manat veriləcək


Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisini qətlə yetirən şəxs barəsində məlumat verənlərə mükafat təyin edilib. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.

Məlumata görə, anonimlik tam təmin edilməklə, təsdiqlənəcəyi halda bu barədə məlumat verən şəxsə 10.000 manat pul mükafatı veriləcək.

Sumqayıt şəhərində naməlum şəxs «Makarov» tipli tapançadan atəş açaraq, valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələri ilə yayımlanıb.
XS
SM
MD
LG