Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:06

«Donuz qripinə» qarşı vaksinlərin ikinci hissəsi gəlir


Ümumdünya Səhiyyə Təşkilatı martın 10-da Azərbaycana H1N1 virusuna qarşı 172 min doza vaksin göndərəcək.

Bu barədə AzadlıqRadiosuna Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. Onun sözlərinə görə, ikinci partiya vaksinlər orta məktəblərin yuxarı sinif şagirdləri, hamiləliyinin ilk üç aylığında olan qadınlar və xroniki ağciyər patologiyası xəstələri üçün nəzərdə tutulub.

V. Qasımov bildirdi ki, ilk növbədə peyvənd olunması nəzərdə tutulan kontingentin 62 faizi artıq peyvənd olunub. Birinci mərhələdə tibb işçiləri, hamilə qadınlar və xroniki ağciyər xəstələri peyvəndə cəlb olunmuşdu.
XS
SM
MD
LG