Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:07

«Azərbaycan Elmi Diasporu» fəaliyyətə başlayır


Azərbaycanda www.elmidiaspora.internet.az adlı yeni internet portalı istifadəyə verilib.

Portal Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının (AKTAM) «Azərbaycan Elmi Diasporu» layihəsi çərçivəsində hazırlanıb.

AKTAM təşkilatının sədri Natiq Əhmədov bildirib ki, layihənin əsas məqsədi xaricdə yaşayan Azərbaycanlı – alimlərin, tədqiqatçıların müasir texnika və texnologiya sahəsində qabaqcıl mütəxəssislərin informasiya-analitik məlumat blankının yaradılmasıdır.

Natiq Əhmədovun sözlərinə görə, saytda elm adamları haqda ümumi məlumatlar yerləşdiriləcək və onların gələcəklə bir-birləri ilə əlaqə yaratmaları daha da asanlaşdırılacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov deyir ki, xaricdə yaşayan alim, mütəxəssis və tədqiqatçı Azərbaycanlılarla əlaqə və əməkdaşlıqların yaradılması üçün bu saytın fəaliyyətinə böyük ümid bəsləyir.

AKTAM təşkilatı tərəfindən icra olunan «Azərbaycan Elmi Diaspora» layihəsini Açıq Cəmiyyət İnstitutu Yardım Fondu maliyyələşdirir.

Layihənin ümumi məbləği 3700 ABŞ dolları təşkil edir. AKTAM təşkilatının sədri Natiq Əhmədov deyir ki, gələcəkdə layihənin davamlı olması məqsədilə digər fondlara da müraciətlər ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG