Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 16:50

Azərbaycan zabiti şirkət rəhbərini güllələyib


Azərbaycan Ordusunun zabiti şirkət rəhbərini güllələyib.

Bu barədə «APA»ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib.

Hadisə keçən gecə paytaxtın «Albalılıq» yaşayış massivində qeydə alınıb.

Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən «N» saylı Hərbi Hissəsinin xidmət rəisi, 1977-ci il təvəllüdlü, kapitan Emin Hüseynov özünə məxsus ov tüfəngi ilə şəxsi münaqişə zəminində «Asiman» firmasının rəhbəri Vüqar Əliyevi güllələyib. Qarın boşluğundan aldığı iki güllə yarası ilə xəstəxanaya yerləşdirilən Vüqar Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs artıq saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG