Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37
Martın 5-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Bu barədə nazirin özü məlumat verib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində növbəti addımlar müzakirə ediləcək:

«Həmsədrlər Parisdə yeni təkliflər irəli sürsə, Azərbaycan onları müzakirə etməyə hazırdır».

E. Məmmədyarov bildirib ki, Azərbaycan 2 il ərzində «Madrid prinsipləri»nin üzərində işləyib:

«Hesab edirəm ki, Afinada təqdim olunmuş sənəddə Azərbaycan tərəfinin bütün nəzər nöqtəsi öz əksini tapıb və həmsədrlərə yeniləşmiş «Madrid prinsipləri»ni təqdim etməyə ehtiyac yoxdur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG