Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:16

«Həlli tapılmış münaqişə»


«Cənubi Qafqaza, xüsusilə Azərbaycana səfərimi Avropa Birliyinin bir siqnalı kimi dəyərləndirmək olar». Avropa Birliyinə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos martın 2-də keçirdiyi mətbuat konfransında belə deyib. O bildirib ki, Qafqaza səfərimizin əsas məqsədi Avropa Birliyinin Cənubi Qafqaz dövlətləri ilə, hal-hazırda Azərbaycana xüsusi münasibətini nümayiş etdirmək olub:

AB İLƏ SAZİŞ BİR AYA İMZALANACAQ

«Bu günkü danışıqlarda Azərbaycan və AB arasında assosiativ sazişin imzalanması məsələsini müzakirə etmişik. Ümid edirəm ki, bu ay ərzində sözügedən sazişi imzalaya biləcəyik. Müxtəlif ticarət imkanları yaratmaqla yanaşı, insan amili də diqqət mərkəzindədir, bu mənada viza rejimin sadələşdirilməsi də gündəliyimdə olacaq. Enerji də müzakirə mövzumuz olub. Azərbaycan enerji ehtiyatlarına malik dövlətdir, Avropa Birliyi isə böyük bir istehlakçıdır. Bu istiqamətdə hər iki tərəfdaş arasında səmərəli əməkdaşlıq qurmaq olar. İstər «Nabucco» , istər «Mavi Axın» layihələridir».

AVROPA BIRLIYI TƏDBİR GÖRƏCƏK...

Migel Anhel Moratinos Qağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, AB-yi Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün zəruri tədbirləri görmək niyyətindədir: «Bu münaqişəsini bəziləri «dondurulmuş», «uzadılmış» adlandırır, biz bunu «həlli tapılmış münaqişə» kimi dəyərləndiririk».

Moratinos bildirib ki, AB- ATƏT Minsk qrupunun vasitəçiliyini dəstəkləyir . «Artıq bütün vasitələrimizi, nüfuzumuzu istifadə etməliyik ki, bu münaqişənin həllinə nail olaq. biz də Lissabon müqaviləsini təmsil edən AB kimi diplomatik və siyasi nüfuzumuzdan istifadə etmək niyyətindəyik».

XOŞ NİYYƏT OLARSA...

İspaniyanın xarici işlər naziri onu da deyib ki, Avropa Birliyi münaqişənin sülh yolu ilə həllinə inanır:
«Hər iki tərəf xoş niyyət, konstruktiv mövqe nümayiş etdirərsə, məsələnin sülh yolu ilə həll edilməsinə inanırıq».

Avropa Birliyinə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos Bakıdan əvvəl Yerevanda səfərdə olub, buradan isə Tbilisiyə yollanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG