Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:17

Nalbandyan Avropa Birliyinə şikayət edir


Edvard Nalbandyan
Edvard Nalbandyan
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iddia edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əleyhinə çıxır.

Yerevanda İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos ilə birgə mətbuat konfransında Nalbandyan deyib:

«Əgər münaqişə tərəfi Avropa Birliyinin təklifini - snayperləri cəbhə xəttindən geri çəkməyi yerinə yetirmirsə, deməli, o, münaqişənin həllinin əleyhinədir».

Nalbandyan deyib:

«56 xarici işlər nazirinin iştirakı ilə Avropa Birliyi Dağlıq Qarabağ haqda 2008-ci ildə bəyanat verərək atəşkəs rejimini möhkəmləndirməyə, snayperləri cəbhə xəttindən geri çəkməyə çağırdı. Ancaq problem bu günə kimi kağızda qalır. Niyə Ermənistan və Dağlıq Qarabağ razılaşdı, Azərbaycan razılaşmadı?
Azərbaycan demək olar ki, hər gün aqressiv bəyanatlar verməkdə davam edir».

Nalbandyan onu da deyib ki, Ermənistan Madrid prinsiplərinə öz əlavələrini edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan Madrid prinsiplərinə öz əlavələrini və təkliflərini hazırlamalıdırlar.

Moratinos Yerevandan sonra Bakıya gələcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG