Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:13

Nalbandyan Avropa Birliyinə şikayət edir


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iddia edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əleyhinə çıxır.

Yerevanda İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos ilə birgə mətbuat konfransında Nalbandyan deyib: “Əgər münaqişə tərəfi Avropa Birliyinin təklifini- snayperləri cəbhə xəttindən geri çəkməyi yerinə yetirmirsə, deməli, o, münaqişənin həllinin əleyhinədir”.

Nalbandyan deyib: “56 xarici işlər nazirinin iştirakı ilə Avropa Birliyi Dağlıq Qarabağ haqda 2008-ci ildə bəyanat verərək atəşkəs rejimini möhkəmləndirməyə, snayperləri cəbhə xəttindən geri çəkməyə çağırdı. Ancaq problem bu günə kimi kağızda qalır.
Niyə Ermənistan və Dağlıq Qarabağ razılaşdı, Azərbaycan razılaşmadı?
Azərbaycan demək olar ki, hər gün aqressiv bəyanatlar verməkdə davam edir.”

Nalbandyan onu da deyib ki, Ermənistan Madrid prinsiplərinə öz əlavələrini edib.

Xatırldaq ki, Azərbaycan və Ermənistan Madrid prinsiplərinə öz əlavələrini və təkliflərini hazırlamalıdırlar.

Moratinos Yerevandan sonra Bakıya gələcək.
XS
SM
MD
LG