Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:56

Ramiz Rzayev həbs qərarını müstəsna hallarda tətbiq etməyə çağırıb


Ali Məhkəmənin sədri Ramiz Rzayev

Ali Məhkəmənin sədri Ramiz Rzayev

Ali Məhkəmənin sədri Ramiz Rzayev həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərarların qəbulu ilə bağlı problemlərin olduğunu etiraf edib. O, martın 2-də keçirdiyi mətbuat konfransında deyib ki, həbs ən ağır, ən sərt qətimkan tədbiridir və bu tədbir müstəsna hallarda seçilməlidir:

«Əgər şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır».

O, Ali Məhkəmənin qəbul etdiyi müvafiq qərarın bu məsələdə dönüş nöqtəsi olacağına ümid etdiyini deyib.

R.Rzayev deyib ki, Ali Məhkəmədəki müzakirələrdən sonra ciddi səhvlərə yol vermiş 15 hakimlə bağlı Məhkəmə Hüquq Şurasına müraciət edilib. Məhkəmə Hüquq Şurası müraciət edilən hakimlərdən 3-nün səlahiyyətinə vaxtından əvvəl xitam verib. Digər hakimlərə isə töhmət verilib. Onlardan bəziləri aşağı vəzifələrə keçirilib. Bu addımlardan sonra qeyd olunan məsələ ilə bağlı irəliləyişlər müşahidə olunur. Bir çox hallarda məhkəmələr vətəndaşlar haqqında həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətləri təmin etmirlər. Ali Məhkəmənin müraciətindən sonra istintaq və prokurorluq orqanları da imkan daxilində bu məsələlərdə ehtiyatlı davranmağa çalışırlar.

R.Rzayev bildirib ki, 2009-cu ildə birinci instansiya ümumi və hərbi məhkəmələrində 14 014 cinayət işinə baxılıb və 14 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib.

Bundan başqa, 2009-cu ildə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hüquq pozuntuları ilə bağlı edilmiş 7 şikayət təmin edilib. Ümumiyyətlə isə, indiyə kimi Avropa Məhkəməsində Azərbaycanla bağlı 26 işə baxılıb, onların 23-ü hüquq pozuntuları ilə bağlı olduğundan təmin edilib.

Rzayev Azərbaycanın Avropa Məhkəməsi qərarlarının icrasının ləngidilməsi barədə iddiaları «əsassız» adlandırıb. Onun sözlərinə görə, əgər belə olarsa, Azərbaycanı çox ciddi sanksiyalar gözləyə bilər. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qətnamələrə uyğun təzminatlar qəpiyinədək vətəndaşlara ödənilir.

R.Rzayev bildirib ki, son illər Avropa İnsan Haqları Məhkəməsində böyük problemlər yaranıb. Buna səbəb icraatdakı işlərin çox olması, baxılma prosedurunun isə ağırlığıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG