Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:06

Bosniyanın eks-prezidenti Londonda həbs olunub


Bosniyanın keçmiş prezidenti Eyup Qaniç Londonda həbs olunub.
Onun həbsini Serbiya hökuməti tələb edirdi. Serbiya Qaniçi hərbi cinayətlərdə ittiham edir.
Britaniyanın xarici işlər nazirliyi bildirir ki, indi Serbiya Qaniçin günahını təsdiq edən bütün sənədləri təqdim etməlidir.
Yalnız bundan sonra Britaniya qərar verəcək ki, 63 yaşlı eks-prezidenti Serbiyaya versin yoxsa yox.
Serbiya Qaniçlə birlikdə daha 18 bosniyalını 1992-ci ildə Sarayevodakı Yuqoslaviya ordusuna təhrikedici hücumda və
ümumiyyətlə müharibə cinayətlərində ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG