Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı indiyə qədər 26 işə baxılıb


Ötən il birinci instansiya ümumi və hərbi məhkəmələrində 14 014 cinayət işinə baxılıb və 14 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib. Bu haqda bugünki mətbuat konfransında Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib. O deyib ki, Ali Məhkəmənin kollegiyaları və plenumunda 4862 işə baxılıb ki, bu da 2008-ci ildəkinə nisbətən 10% çoxdur.

2009-cu ildə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hüquq pozuntuları ilə bağlı edilmiş 7 şikayət təmin edilib. Bu vaxta qədər həmin qərarların 3-ü hüquqi qüvvəyə minib. Digər 4 qərar isə məhkəmə qərarının qəbul olunmasından sonra 3 ay müddətində qüvvəyə minəcək.

Bütövlükdə isə indiyə qədər Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı 26 işə baxılıb, onların 23-ü hüquq pozuntuları ilə bağlı olduğundan təmin edilib. Rzayev Azərbaycanın Avropa Məhkəməsi qərarlarının icrasının ləngidilməsi barədə iddiaları “əsassız” adlandırıb.

XS
SM
MD
LG