Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43

Universitetdən qovulan tələbəyə cinayət işi açıla bilər


«Dalğa» Gənclər Hərəkatının Elmin Bədəlovun universitetdən qovulmasına etiraz aksiyası

«Dalğa» Gənclər Hərəkatının Elmin Bədəlovun universitetdən qovulmasına etiraz aksiyası

Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilən tələbə Elmin Bədəlova qarşı hərbi xidmətdən yayınma maddəsi ilə cinayət işi açıla bilər. Bunu keçmiş tələbənin özü AzadlıqRadiosuna deyib:

«Əgər bu gün axşama qədər Biləsuvar prokurorluğuna getməsəm, sabah axtarışa veriləcəyimi, polis vasitəsilə aparacaqlarını deyiblər. Əgər cinayət işi açılmayıbsa, axtarışa necə verə bilərlər? Bu, mənə qarşı təxribatdır, onlar istəyirlər məni aradan götürüb məhkəmə işini dayandırsınlar. Çünki rektor istəmir ki, hansısa bir tələbə onu məhkəməyə versin».

E. Bədələov deyir ki, martın 5-də xaric edildiyi ADNA və rektor Siyavuş Qarayevə qarşı qaldırdığı iddiaya baxılacaq və məhkəmə tamamlana kimi onu əsgərliyə apara bilməzlər:

«Vəkilim deyir ki, əgər universitetdən narazısansa, hüquqların pozulubsa hüquqlarını bərpa edənə kimi, apelyasiya məhkəməsi bitənəcən əsgərliyə apara biməzlər».

Biləsuvar rayon prokurorluğunun müstəntiqi Ramil Ədilov isə AzadlıqRadiosuna bildirdi ki, «məsələ ilə bağlı araşdırma aparılır, cinayət işinin açılıb-açılmamasına araşdırmanın nəticəsindən sonra bəlli olacaq».

E. Bədəlov bu ilin yanvarında Neft Akademiyasından xaric edilib. Tələbənin 3 imtahan kəsirinə görə xaric olunduğu bildirilib.

Elmin Bədəlov isə bununla razılaşmır. O, akademiyadan xaric edilməsini buradakı rüşvət və digər qanunsuzluqlar barədə yazılar yazması ilə əlaqələndirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG