Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34
Bu gün «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 5 ili tamam olur. 2005-i il martın 2-də Elmar Hüseynov yaşadığı mənzilin blokunda qətlə yetirilmişdi. Ona 7 güllə vurulmuşdu.

Elmar Hüseynovun Norveçdə mühacirətdə yaşayan həyat yoldaşı Ruşanə Hüseynova Azərbaycan hökumətinin bu cinayətin üstünü açmaması ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

Bu gün saat 3-də Elmar Hüseynovun məzarı ziyarət olunacaq. Ziyarətdən sonra Elmar Hüseynovun vaxtilə yaşadığı binanın qarşısında onun xatirəsi yad olunacaq, şam yandırılacaq.

Şərhləri göstər

XS
SM
MD
LG