Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:51

Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətullayevin istintaqının uzadılmasından narahatdır


Jurnalistləri Müdafiə Komitəsi həbsdə olan “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin qanunsuz narkotik vasitə əldə etmə ittihamı üzrə istintaqının 2 ay uzadılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Biz yeganə günahı cəsarətli yazılar yazmaq olan həmkarımız Eynulla Fətullayevin həbsinin uzanmasından çox narahatıq. Azərbaycan ictimaiyyətinin Eynulla Fətullayevin fəaliyyətindən məhrum olması onun üçün böyük itkidir. Bu onun mərhum redaktoru Elmar Hüseynovun qətlindən 5 il ötdüyü bir vaxtda xüsusilə hiss olunur. Elmarın qətli ilə bağlı aparılan rəsmi istintaq isə heç bir nəticə verməyib. Bu cinayəti araşdıran Eynulla isə həbsxanada əziyyət çəkir. Biz Azərbaycan hakimiyyətini Eynullanı dərhal azad etməyə çağırırıq”-deyə bəyanat müəllifləri bildirir.

“Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru və təsisçisi Eynulla Fətullayev 8 il yarım azadlıqdan mərhum edilib. Keçən ilin dekabrında isə hüquq-mühafizə orqanları onun saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsindəki kamerasından heroin tapıldığını bildirmişdi.

Eynulla Fətullayev bundan əvvəlki həbsinin və heroin əməliyyatının sifarişli olduğunu bildirir.

XS
SM
MD
LG