Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:27

Bu gün Avropa Birliyinin fəaliyyətdə olan sədri Bakıya gəlir


Avropa Birliyinin fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos Cənubi Qafqaz ölkələrinə regional səfəri çərçivəsində bu gün Bakıya gəlir. O prezident, xarici işlər naziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Tanışlıq xarakteri daşıyan səfərin əsas məqsədi bölgədəki vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə etməkdir.

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşəndən sonra axşam saat 7- Moratinos səfərinin yekunlarıyla bağlı mətbuat konfransı keçirəcək.

XS
SM
MD
LG