Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:04

Türkiyə ABŞ-a xəbərdarlıq göndərib ki, münasibətlər korlana bilər


Ankara ABŞ qanunvericilərini xəbərdar edib ki, Birinci Dünya müharibəsi dövründə baş verən hadisələri “erməni soyqırımı” kimi tanıyan sənədi qəbul etsə, Türkiyə ilə münasibətlər korlanacaq. Bu gün Türkiyənin Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, bu sənəd Ermənistanla münasibətlərin normallaşması prosesini də əngəlləyə bilər.

Yaxın günlərdə sənəd ABŞ Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq.

Martın 4-də Xarici Əlaqələr Komitəsində bu məsələ ilə bağlı simvolik qərar layihəsi müzakirə edilməli, alınan qərar da təsdiq üçün Nümayəndələr Palatasına göndərilməlidir.

Türkiyənin Xarici İşlər Nazirliyi Komitədən sənədi rədd etməyi gözlədiyini bildirib.
XS
SM
MD
LG