Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:30

Korrupsiya barədə anonim məlumat sistemi işə düşüb


Avropa Saxtakarlıqla Mübarizə Ofisi martın 1-də korrupsiya halları ilə bağlı məlumatları toplamaq üçün yeni online “sayıq vətəndaş” sistemini işə salıb.

Təşkilatın direktoru Nikolas İlett bildirib ki, ictimai fəallar korrupsiyadan şübhələndikləri hallar barədə birbaşa məlumat verə biləcəklər. Sistem adamlara anonym şəkildə müraciət etməyə imkan yaradacaq. Amma onlar istintaqçılarla dialoqa girə bilməyəcəklər.

Sistemin sınağı ingilis, fransız, alman və Holland dillərində aparılıb.

Bu təşkilat korrupsiya barədə informasiyaların toplanması işini 1999-cu ildən gücləndirib. 2008-ci ildə Avropa Komissiyasına daxil olan korrupsiya məlumatlarının hər üçdən biri onun xətti ilə baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG