Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:54

Rusiya ilə Estoniyanın konsul qalmqalı böyüyür


Estoniya iki diplomatını Rusiyadan çıxardığı üçün Moskvaya etiraz göndərib. Estoniyanın Sankt-Peterburqdakı baş konsuluna iki həftəyə ölkəni tərk etmək göstərişi verilib.

Moskva bununla Estoniyanın Narva şəhərindəki Rusiya konsulunu akreditə etməməyinə cavab verir. Adının çəkilməsini istəməyən Estoniya rəsmisi konsulun keçmişdə Rusiya Federal Təhlükəsizlik Xidmətində işləməsinə görə akreditə edilmədiyini bildirib.
XS
SM
MD
LG