Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:51

«Əvvəllər birmənalı deyirdim ki, təəssüf etmirəm. İndi isə…»


Lalə Şövkət
Lalə Şövkət
Martın 1-i Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət «İşdən sonra»da «Parlament saatı»nın qonağı olub.

- O vaxt dövlət katibi vəzifəsindən istefa ərizəsi yazdınız və getdiniz. Heç təəssüf hissi keçibmi fikrinizdən?


- Bilirsiniz, bu çox ağrılı sualdır.

- Yaxud da sizi BMT–yə səfir göndərdilər, Nyu-Yorka. Yəni, Nyu-Yorkda siz daxili siyasətə qarışmadan hansısa fəaliyyət göstərə bilərdiniz və yəqin ki, bu iş faydalı da olardı. İndi təəssüf etmirsiniz ki?




- Mən etiraf edim ki, bu suala cavab verməyə hazır deyiləm. Birmənalı heç nə deyə bilmərəm. Ona görə yəqin ki, təəssüf bu qocalığın əlamətidir. Görünür, mən hələ tam o qocalığa gəlib çatmamışam. Amma bu gün buna birmənalı cavab verməyə hazır deyiləm.

- Mən sözün düzü, öz müsahibələrimdən xatırlamıram ki, indiyə kimi bu sualı vermişəm ya yox, əvvəllər də belə cavab verirdiniz?


- Yox, əvvəllər mən birmənalı olaraq deyirdim ki, təəssüf etmirəm.

- Nə dəyişdi?

- Gəlin, bu gün onun təfərrüatına varmayaq.

- Maraqlıdır. Amma yenə də...

- Onu qoyaq sonraya.

PROQRAMI DİNLƏYİN.

Hazırladı Gülər Qasımova
XS
SM
MD
LG