Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:37

“İmamzadə” kompleksinin təmirinə üç milyon manat ayrıldı


Prezident İlham Əliyev Gəncədəki “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon manat ayırıb. Bu pul Prezidentin Ehtiyat Fondundan ödəniləcək.

Orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılan, tikintisi XIV əsrin sonu–XV əsrin əvvəllərinə təsadüf edən “İmamzadə türbəsi” və onun ətrafında XVII-XVIII əsrlərdə inşa edilən məscid, sərdabə və digər türbələr əzəmətli dini-tarixi kompleks kimi bugünədək qorunub saxlanılmaqdadır.

Şərqin qədim karvan-ticarət yolu üzərində olub, müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi XIX əsrdə bərpa edilib.
XS
SM
MD
LG